backend

Prezident İlham Əliyev Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının iştirakçılarını qəbul edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının nümayəndə heyətini qəbul edib.
 
Nümayəndə heyətinə Ümumdünya Boks Şurasının rəhbəri Maurisio Süleymanın başçılığı altında Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları Evander Holifild, Kostya Dzyu, Yuri Arbaçkov, Vitali Kliçko, Nino Benvenuti, Karlos Zarate, Azumah Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu Jelena Mrdjenoviç daxildir.
İdmanın boks növünə verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görüşdə xatirə hədiyyəsi olaraq WBC çempion kəmərləri təqdim edildi.
Sonda xatirə şəkilləri çəkdirildi.
// AZƏRTAC