backend

“Nərimanov” metrostansiyasının qarşısında qəza: Qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Metronun “Nərimanov” stansiyasının yaxınlığında – Ağa Nemətulla küçəsində “Toyota Prado” markalı, 90 HG 699 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 55-60 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
///Lent.az