Moskvada supermarket yaxınlığında insan ayaqları tapılıb

13:43 | 4 Oktyabr, 2017

Moskvanın cənub-qərbində supermarket yaxınlığında polietilen torbaya bükülmüş iki insan ayağı tapılıb.
Bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, kəsilmiş ayaqlar küçədən keçənlər tərəfindən aşkar edilib. İlkin ehtimala görə, tapılan kişi ayaqlarıdır.
Hazırda faktla bağlı araşdırma aparılır.
İstintaq ayaqların kimə məxsus olduğunu və hadisənin baş vermə şəraitini araşdırır. Məhkəmə-tibbi ekspertiza təyin olunub.
//Editor.az