Ronaldu "Qızıl top"u satdı – Ölümcül xəstə uşaqlara yardım üçün

14:41 | 4 Oktyabr, 2017

Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldu 2013-cü ildə qazandığı “Qızıl top”u hərrac vasitəsi ilə satıb.
Bu “Make-A-Wish” adlı yardım təşkilatının təşkil etdiyi gecədə baş verib.
Portuqaliyalının “Ballon d’Or”unu İsrailin ən varlı şəxslərindən olan İdan Ofer 600 min avroya satın alıb.
Ronaldunun “Qızıl top”unun satışından əldə edilən gəlir ölümcül xəstəliklərlə mübarizə aparan uşaqlara ayrılacaq.
///yeniçağ.az