backend

Rusiyada yenə bomba həyəcanı – Nazirliklər boşaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Çelyabinsk vilayətində yerli hökumət binası, eləcə də bir sıra regional nazirliklər təxliyə edilib.
Buna səbəb bu binalara bomba qoyulması ilə bağlı anonim zəng olub.
Məlumatda qeyd olunur ki, təxliyə olunan binalarda Təhsil və Elm, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət Nazirlikləri yerləşir.
Təxliyədən sonra binalarda axtarışlar aparılıb.
//Trend