backend

Bakıda uşağa 5 it hücum etdi – Şoka düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.
 Editor.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.
4 saylı uşaq poliklinikasından bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.
İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.