backend

Ankara Avropanı dağıdacaq planı işə salır- FƏLAKƏT SSENARİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir.
Ankara və Avropa İttifaqı arasında gərginlik yaradacaq növbəti bəyanat Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçisi Ömer Çelikdən gəlib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlanan miqrant razılaşmasının qüvvədə qalması üçün heç bir səbəb yoxdur:
“Avropa İttifaqı Türkiyəyə verdiyi heç bir sözünü yerinə yetirməyib. Bu şərtlər altında miqrant razılaşmasının davam etməsi üçün heç bir səbəb yoxdur”.
Ömer Çelik daha əvvəl də miqrant məsələsinə yenidən baxa biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, Ankara miqrant razılaşmasında yer alan qurudan keçid məsələsinə təkrar baxa bilər.
Qeyd edək ki, miqrant razılaşmasına görə, Suriyadan Avropaya getmək istəyən miqrantlar Türkiyədə düşərgələrə yerləşdirilir. Avropa İttifaqı buna görə Türkiyəyə maliyyə yardımı ayırmalı, eyni zamanda Türkiyə vətəndaşlarına vizaların verilməsi prosesini sadələşdirməli idi. Lakin indiyə qədər bu öhdəliklər yerinə yetirilməyib.
Siyasi müşahidəçilər hesab edirlər ki, Türkiyə miqrantları öz ölkəsində yerləşdirməkdən imtina etsə, bu, Avropa üçün böyük fəlakətə səbəb ola bilər. Hətta qeyd edilir ki, miqrant böhranı Avropa İttifaqını parçalaya bilər.
//Publika.az