backend

Rusiyada avtobus aşıb: 5 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Moskva vilayətində avtobus aşıb.
RF Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən verdiyi məlumatına əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Qeyd edilir ki, Ozyor şəhərindən Moskva istiqamətində hərəkət edən avtobusda 39 nəfər olub.
Hazırda, hadisə yerində polis işləyir.
İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.
Dəqiq səbəblər aydınlaşdırılır.
///Oxu.Az