backend

“Azərenerji”nin vitse-prezidentinin səhhətində problem yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərovun səhhətində problem yaranıb.
Editor.az xəbər verir ki, Report-a açıqlamasında səhhətində yaranan problemlərə aydınlıq gətirən Marlen Əsgərov hazırda müalicəsini rayonda, ev şəraitində davam etdirdiyini deyib.
Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətinin itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunması gözlənir.
Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub.
O 2005-ci ilin oktyabrından “Azərenerji” ASC-nin vitse-prezidentidir.