backend

Evinə qayıdan ailənin qarşısını kəsdilər: qız maşında ata-anasının qətl anını gördü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada axşam saatlarında evlərinə gedən ailəyə silahlı hücum edilib.
Ankarada şəxsi avtomobilləri ilə evlərinə getmək istəyən ər-arvad qabaqlarını kəsən naməlum şəxslər tərəfindən qətlə yetiriliblər.
Məlumata görə, 06 DTF 98 dövlət qeydiyyat nişanlı maşınları ilə evlərinə gedən Gökay İ. ilə həyat yoldaşı Hilal İ. öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq izi itirməyi bacarıblar. Silahlı hücum zamanı cütlüyün uşaqlarının da maşında olduğu məlum olub. Cütlüyün Ayça adlı azyaşlı qızı isə polis tərəfindən nəzarətə götürülüb.
Polislər hadisə yerində araşdırma aparıblar. İstintaq davam edir.
///Milli.Az