backend

Kamran Ağayev: “Almaniyaya nəticə dalınca gəlmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirmək üçün Almaniyaya yolanmış Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev gözlənilməz iddia ilə çıxış edib.

Oyundan nə gözlədiyi barədə sualı K.Ağayev belə cavablandırıb:
“Mən bura qol buraxmağa gəlməmişəm. Nəticə dalınca gəlmişik. Alınacaq, ya yox – zaman göstərər. Bəli, Almaniya aşkar favoritdir və çoxları gözləyir ki, almanlar meydançada bizi vuracaqlar, lakin möcüzə də istisna deyil. Dəqiq bilirəm ki, onlara asan təslim olmayacağıq”.
Qeyd edək ki, Almaniya-Azərbaycan matçı sabah, oktyabrın 8-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
///azerisport.com