backend

Müdafiə nazirinin Belarusa rəsmi səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirəcək, eləcə də hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək.
Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
//APA