backend

Bakıda kütləvi dava olub, 3 qardaş xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda kütləvi dava düşüb, 3 qardaş ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Ramana qəsəbəsində 33 yaşlı Qrubanov Niyaməddin Musa oğlu ilə tanışı arasında küçədə mübahisə düşüb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Belə ki, 14 nəfər şəxs N.Qurbanov və onun qardaşları 29 yaşlı Qurbanov Şahmarı, 25 yaşlı Qurbansoy Mamedi döyərək onlara müxtəlif vasitələrlə ağır xəsarət yetiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.