backend

Ana və oğlunun meyiti tapıldı – Bakıda faciə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ana və azyaşlı oğlu dəm qazından boğulub.
Hadisə Nizami rayonunun Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki həyət evində baş verib.
1991-ci il təvəllüdlü Məmmədova Aygün Məhərrəm qızı 5 yaşlı oğlu Turalla hamamda olarkən dəm qazından boğulub. Ana və oğlundan xəbər çıxmadığını görən yaxınları hamama daxil olanda, onların hər ikisinin öldüyünü görüblər.
Faktla bağlı araşdırma aparılır.
///Lent.az