backend

Federika Mogerininin müavini Azərbaycana gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard Azərbaycana gəlib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri Denis Danilidisin verdiyi məlumata görə, səfər tanışlıq məqsədi daşıyır və görüşlərdə əsasən “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.
İki günlük səfər zamanı qonağın Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.
// APA