backend

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Qarabağ” klubu haqqında süjet hazırlayıb.
Videoda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “köhlən atlıların” baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqov müsahibə veriblər.
UEFA-nın hazırladığı materialda “Qarabağ” klubunun tarixindən və işğal olunmuş torpaqlardan informasiya verilib.
Qeyd edək ki, qitə futbol qurumunun hazırladığı reportajı Rusiyanın “Matç TV” kanalı yayımlayıb.
Bu reportaj Çempionlar Liqasının yayımlandığı bütün ölkələrdə efirə verilib.

///Oxu.az