backend

Qırğızıstanda çevriliş gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan prezidenti Almazbek Atambayev MDB ölkələrinin Dövlət Başçıları Şurasının Rusiyanın Soçi şəhərində keçiriləcək toplantısına qatılmayacaq.
Qırğızıstan Prezident Administrasiyasının yaydığı məlumata görə, səbəb oktyabrın 15-də ölkədə keçiriləcək prezident seçkiləri günü bəzi siyasətçilərin iğtişaşlar və dövlət çevrilişini reallaşdırmaq istəyidir.
 
“Kriminal elementlərin də cəlb olunması ilə belə hazırlıqları, habelə iğtişaşları hazırlayan siyasətçilərin ölkə xaricindən maliyyələşməsini nəzərə alan prezident ölkədə təhlükəsizliyin və əmin-amanlığın təminatını şəxsən nəzarətdə saxlamaq üçün səfəri təxirə salıb”, – bəyanatda deyilir.
 
A.Atambayevin Soçiyə səfəri 10-11 oktyabrda baş tutmalı idi. Qırğızıstanın Soçiyə yollanacaq nümayəndə heyətinə baş nazir Sapar İsaqov rəhbərlik edəcək.
//Milli.Az