backend

AŞPA Nazirlər Komitəsinin Sədri Qənirə Paşayevanın qaldırdığı məsələni dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri  Lubomir Zaoraleke millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb. 
AŞPA-nın Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sualı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva verib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin  məhv edilməsi və qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına star verilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının əhəmiyyətinə toxunub, bu haqda danışıb və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə konkret hansı işlər görülüb deyə sual edib.
Çex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Lubomir Zoaralek deputatımızın tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.