backend

Azərbaycan ötən il postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox vəsait yatırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq 45,1 mlrd. dollara çatıb.
Bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.
Hesabatda deyilir ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.
Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.
Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.
MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur. “İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir”, – sənəddə qeyd edilib.
//APA