backend

Kamran Nəbizadə: Ermənistan kimi monoetnik ölkədə başqa millətlərə qarşı dözümsüzlük halları var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb, yeni nəslin bir hissəsi bu təcavüz nəticəsində öz doğmalarını itirib». Bu fikri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamran Nəbizadə deyib.
K.Nəbizadə bildirib ki, ermənilərdən tolerantlıq hissini gözləmək çətin olsa da, Azərbaycan dövləti hər zaman həmin insanları erməni xalqına qarşı yox, bu ölkəni uçuruma aparan erməni siyasətçilərinə və ordusuna qarşı mübarizəyə yönəldir. «Respublikamızda mövcud olan tolerantlıq siyasətinə sadiq qalaraq ölkə rəhbərliyi Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının haqlarını qorumağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan kimi monoetnik ölkədə başqa millətlərə qarşı dözümsüzlük, xüsusilə də insanlara uşaq yaşlarından azərbaycanlılara və türklərə qarşı nifrət hissi aşılanması halları müşahidə edilir. Məhz Ermənistanda Zori Balayan və ona bənzərlərin “azərbaycanlıları öldürməkdən həzz almaq lazımdır” kimi faşist tipli bəyanatlarına qəhrəmanlıq donu geyindirilir və bu, artıq dövlət səviyyəsində aparılan ksenofobiya siyasətinə çevrilir»- deyə, K.Nəbizadə vurğulayıb.
//Editor.az