backend

Sevgilisi tibb bacısını yataq otağında öldürdü: bir sözə görə – İlginc təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Cumhuriyətinə köçüb, Mağusa Dövlət Xəsətəxanasında tibb bacısı olaraq işləməyə başlayan Halime Çetin aralarında baş verən anlaşılmazlıqdan sonra 2 ildən çoxdur birlikdə olduğu Hayrettin Özcömertdən ayrılıb.
İddiaya görə, Özcömert gənc qadını onunla barışmaq üçün tez-tez narahat etməyə başlayıb. Yaxınlarına bu olayı deyən Halime evə gələn keçmiş sevgilisindən polisə şikayət edib. Ötən axşam yenə evə gələn Özcömert barışmaq istədiyini təkrarlayıb. Gənc qadının “xeyr” deməsindən sonra qəfil silahını çıxaran Özcömert dörd dəfə atəş açıb. Çetini yataq otağında öldürən Özcömert sonra qapının ağzına çıxaraq çənəsinə dayadığı ov tüfəngi ilə iki dəfə də özünə atəş açıb. Tibb bacısı Çetin hadisə yerində dünyasını dəyişsə də, Özcömert ağır yaralı halda xəstəxanaya çatdırılıb.
///Milli.Az