backend

"Mançester Yunayted"in yeni transfer hədəfi – Aleksis Sançes

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Yunayted” klubu qışda heyətini gücləndirmək niyyətindədi.
 
“mankunianlar” “Arsenal”ın üzvü Aleksis Sançeslə yaxından maraqlanırlar.
Çilili futbolçunun London təmsilçisi ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Bu səbəbdən onun “Mançester Yunayted”ə keçidi 22 milyon avroya reallaşa bilər. Halbuki “topçular” yayda Aleksisi 67 milyon avro qarşılığında satmaqdan imtina etmişdilər.
Qeyd edək ki, Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın formasını geyinir.
// apasport.az