backend

Beyləqanda məktəbli qızı zorlayan 5 nəfər həbs olunacaq – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan Rayon Məhkəməsi məktəblinin zorlanmasında iştirak edən 5 nəfərdən ikisi ilə bağlı qərar verib.
Editor.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında zorlanan məktəbli qız hadisəsində həbs olunan Tural Kərimovun nümayəndəsi Asif Quliyev deyib. O bildirib ki, Telman Kərimov  və Kamil Hümbətovməhkəmənin qərarı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Asif Quliyevin sözlərinə görə, məhkəmədə məktəbli qızı zorlayan və bu günə kimi prosesdən kənar qalan daha 3 nəfər də istintaqa cəlb olunub: “Məktəbli qızın zorlanmasında iştirak edən Babayev Rasim, Həziyev Murad, Hüseynov Rahib istintaqa cəlb olundu. Onlar qızı zorlayıb, videoya çəkib və internetdə yayıblar. Əslində, bunlar ilk gündən həbs olunmalı idi. Lakin müəyyən yollarla istintaqdan kənar qalmışdılar. Qız məhkəmə prosesində onların üzünə durdu və dedi ki, onu zorlayanlar həbs olunmalıdır. Məhkəmə prosesində bildirildi ki, oktyabrın 20-nə kimi adıçəkilən şəxslərlə bağlı həbs qərarı veriləcək”.