Polis əməliyyat keçirdi: Soyğunçuluq edən şəxs həbs olundu

14:04 | 11 Oktyabr, 2017

Bakıda soyğunçuluq etmiş şəxs tutulub.
Editor.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Xətai rayonu ərazisində naməlum şəxs Cəlilabad rayon sakini İlqar Abbasova zor tətbiq edərək içərisində 590 manat olan pulqabısını alıb.
35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əmirbəy Ağamalıyev tutulub.