backend

Ceyhun və Azər Bayramov qardaşlarının çətiri altında NARAHATÇILIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl ölkə mətbuatında Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin adı yenidən hallanmağa başladı
Silsilə yazılardan sonra Nadir Qarayevin «mafiya üzvləri» onlar barədə saytlara yazı yazan «Korrado Kattani» ləqəbli jurnalistin axtarışına başlayıblar.
«Mafiya üzvləri» yaxın ətrafın içində daxili araşdırma apararaq hətta «komissar Kattani»yə məlumat verən mənbənin axtarışlarını davam etdirirlər.
Düzdür, onların axtarışları hələ ki, müsbət nəticə verməyib, amma onların özlərindən asılı olmayaraq «mafiya bossları» onları axtarışları davam etdirməyə məcbur edirlər. Bossların arasında özlərini tam arxayın aparan Ceyhun və Azər Bayramov qardaşlarının da adları çəkilir.
365info.az saytına daxil olan məlumata görə onlar öz aralarında belə bir qərara gəliblər ki, əgər «mafiya üzvləri»nin daxili araşdırmaları müsbət nəticə verməzsə, onlar MTN-nin bazasında yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin rəhbər vəzifəsində işləyən yaxın qohumlarından xahiş edəcəklər ki, «komissar Kattani»yə məlumat verən mənbəni müəyyən etsinlər.
365info.az saytına daxil olan digər məlumata görə ölkə mətbuatında gedən yazılardan narahat olanlardan biri də Nadir Qarayevdir.
Həmin məlumata görə Almaniyada ürəyindən yenicə əməliyyat olunan Nadir Qarayev narkozdan ayılan kimi ona məlumat verilib ki, ölkə mətbuatı bir neçə məmur barədə araşdırmaya başlayıb və onun da adı həmin siyahıdadır.
Düzdür, Nadir Qarayev bir neçə nazirlə yaxın dostluq münasibətindədir, hətta onlar Nadir Qarayevə məxsus cıdırda birlikdə çox at oynadıblar.
Ancaq dahi şəxsiyyət Uinston Çörçil demişkən: «Qəzetlə milçəyi də öldürmək olar, naziri də».
Yəni, Nadir Qarayev dostları olan nazirlərə güvənsə də, 365info.az saytı öz araşdırmalarını davam etdirəcək.
O ki, qaldı Ceyhun və Azər Bayramov qardaşlarına, onlarla bağlı araşdırmalar davam etdirilir.
Gələn yazımızda şok məlumatları 365info.az saytında izləyəcəksiniz.
«Əbədi Sprut» qalsa da, mafiya əvvəlki kimi deyil…
Yalnız 365info.az saytında bu «mafiya üzvləri» barədə şok məlumatlar oxuyacaqsınız.
Araşdırmamız davam edir, bizi izləyin
//365info.az