backend

Lənkəranda məktəbli idarə etdiyi avtomobillə qəza törətdi – 4 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəranda məktəb şagirdləri qəza törədib.
Hadisə Aşağı Nüvədi qəsəbəsinə gedən yolda baş verib. Məktəbli nəqliyyat vasitəsinin idarəetməsini itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı arxa aşıb.
Nəticədə Lənkəran şəhər 6 saylı məktəb-liseyin 4 nəfər şagirdi – Quliyev Rəsul, Məmmədli Rauf, Baxışzadə Elsevən və İbadzadə Rəşad  müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan biri sürücüdür. Onların hamısının 16 yaşı var və eyni sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.