Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünə hazırlıq gedir

14:17 | 12 Oktyabr, 2017

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında Tehranda görüş bu ilin sonuna kimi keçiriləcək.
bu barədə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov məlumat verib.
O bildirib ki, hazırda Rusiya prezidentinin İrana səfəri üzərində iş gedir.
//APA