backend

“Mikayıl Cabbarov istefa versin!” – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu təhsil naziri ikayıl Cabbarovun istefasını tələb edib.
Editor.az xəbər verir ki, bu barədə partiya sədri Unikal.org saytına açıqlamasında deyib. O, X siniflər üçün tarix dərsliyində Azərbaycan, Türkiyə, İran və Gürcüstan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına münasibət bildirərkən qeyd edib ki, bu hadisə təsadüfi bir hal deyil, düşmənin maraqları üçün çalışan insanların təxribatıdır.
ADP sədri hesab edib ki, Azərbaycanda tarix kitabına “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin təsvir olunması təsadüfi bir fakt deyil:
“Yoxlanılsa, görərik ki, bu təxribatın arxasında ermənilərə işləyən casus, ya daki, düşməndən rüşvət alanlar dayanır. Bu cür səhvi ermənilərin özləridə etməzlər. Yuxarıda qeyd etdiyim kimi hesab edirəm ki, bu təhsil sistemində ilk nöqsan deyil! Deyək ki, bu təsadüfdir. Burda görünən odur ki, Təhsil Nazirliyində dövlətin əleyhinə işləyən, Azərbaycan xalqının mənafeylərinə zidd mövqey tutan insanlar var. Onlar zaman-zaman dəftərlər, kitablar və başqa atributlar vasitəsilə özlərinin siyasətini həyata keçirirlər”.
Sərdar Cəlaloğlu hesab edir ki, Mikayıl Cabbarov sözügedən hadisə ilə bağlı özü istefa verməlidir:
“Çünki Cabbarovun rəhbərlik etdiyi sahədə dövlətin əleyhinə olan çox ciddi səhvə yol verilib. Bu hallar ağır nəticələrə gətirib çıxaran hadisə olduğuna görə istefa verməlidir. Dövlət başçısı bütün dünyada Dağlıq Qarabağın tarixi faktlarla Azərbaycan ərazisi olduğunu deyir və bu istiqamətdə təbliğatını aparır. Amma İlham Əliyevin apardığı siyasəti ölkəmizdə tamamilə ifşa edən belə bir “səhv” baş verir. Təhsil Nazirliyi bu dərslikləri məktəblərdən yığışdırmaqla deyil ki? Düşmən mətbuatı bu səhvdən çox ciddi şəkildə istifadə edir. Bildirirlər ki, “doğurdan” da Azərbaycanda Dağlıq Qarabağın tarixən ermənistan ərazisi kimi tanıyan kitab çap olunub və bundan geniş şəkildə istifadə edirlər. Bu kitabdan beynəlxalq qurumlarda, danışıqlarda istifadə edəcəklər. Görün ki, Mikayıl Cabbarov nə dərəcə rütbəsin sevir ki, dövlətçiliyə çox ciddi zərbə vuran hadisə ilə bağlı özü haqqında heç bir tədbir görmür? Biri səhv edən kimi işdən çıxarırsan. Xeyr ola dövlətimizə ciddi zərbə vuran səhvivə görə, özün barəndə heç bir tədbir görmürsən? Fikrimcə, Mikayıl Cabbarov ən azından özü-özünü cəzalandırmalıdır”.