backend

II Bakı Ticarət Festivalında ƏDV-ləri qaytaracaq bankların SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq.
Bunu Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini deyib: “II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub – Azərbaycan Beynəlxaql Bankı və “Azər Turk Bank”.
Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib – “Kapital Bank”, “PASHA Bank”, “Yapi Kredi Bank Azerbaijan”, “Bank Silk Way” və Azərbaycan Sənaye Bankı.
Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.
//Trend