backend

Bolqarıstan prezidenti Azərbaycana səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfər edəcək.
Səfər zamanı R. Radev Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Qonağın bir sıra digər görüşləri də nəzərdə tutulur.
//APA