backend

Ukraynada ağır cinayət törətmiş şəxs Kiyev-Bakı təyyarəsində saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynanın “Borispol” hava limanında Kiyev-Bakı təyyarəsinin göyərtəsində Çerniqov vilayətində ağır cinayət törətmiş şəxs saxlanılıb.
Bu barədə “Moya Kievşina” saytı Kiyev vilayəti üzrə baş polis idarəsinə istinadən yazıb.
Çerniqov vilayəti üzrə hüquq mühafizə-orqanlarından cinayət törətmiş şəxsin axtarışı ilə bağlı avtovağzal və aeroportların polis bölmələrinə məlumat daxil olub. “Borispol” hava limanının polis bölməsinin əməkdaşları həmin şəxsin müəyyənləşdirilməsi və saxlanması istiqamətində əməliyyat keçiriblər. 37 yaşlı şəxs “Kiyev-Bakı” təyyarəsində saxlanılaraq axtarışı başlayan orqanlara təhvil verilib.
 
//APA