Zakir Həsənov Sarkisyanın köməkçisini pərt etdi – Bayrağımıza qarşı hörmətini belə göstərdi

01:16 | 14 Oktyabr, 2017

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirlərinin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə oktyabrın 12-də Düşənbə şəhərində keçirilən görüşündə iştirak edib.
Bu görüşün sonunda iştirakçıların çəkdirdiyi foto dünya mediasında xəbər olub.
Belə ki, rəsmi foto çəkdirmə mərasimi vaxtı General – polkovnik Zakir Həsənov erməni nümayəndə ilə yanaşı durmaqdan imtina edib.
 
Qeyd edək ki, oxşar hadisə ötən il də yaşanıb. Belə ki, 30 noyabr 2016-cı ildə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Müstəqil Dövlətlər Birliyinin (MDB) müdafiə nazirləri Şurasının iclasında iştirakı zamanı maraqlı an yaşanıb.
İclasın sonunda çəkilən şəkildə Zakir Həsənovun Ermənistanın Müdafiə naziri Vigen Sarkisyandan uzaq məsafədə dayanıb. Zakir Həsənovun erməni nazirdən uzaq dayanması şəkildə açıq formada görünür.
Nazirin erməni həmkarından uzaqda dayanması isə Azərbaycan bayrağının tam şəkildə fotoda əks olunması ilə nəticələnib. Müdafiə nazirləri şurasının iclası Moskvada keçirilib.
//GoldNews.Az