backend

Azərbaycanlı İŞİD-çilər Raqqa mühasirəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mühasirəsində olan və İŞİD-in “paytaxtı” elan edilmiş Raqqa şəhərində qalan terrorçular şəhəri salamat tərk etmək barədə razılıq alıb.
Editor.az virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın başçılıq etdiyi antiterror koalisiyasının qərargahında “İslam dövləti”nin döyüşçülərinin və dinc sakinlərin Raqqanı tərk etməsinə icazə verdiklərini açıqlayıblar. Bu haqda “Assosiated press” bildirir.
Məlumata görə Raqqadakı qəbilələrin rəhbərləri Amerika koalisiyasına və Suriya Demokratik Qüvvələrinin rəhbərliyinə müraciət edərək qan axıdılmasının dayandırılması naminə sakinlərin və İŞİD terrorçularının şəhəri tərk etməsinə icazə verməyi xahiş ediblər. Onlar deyiblər ki, terrorçuların evakuasiyası dinc sakinlərin həyatını xilas etməyə imkan verəcək. Ötən həftəyə olan məlumata görə şəhərdə 4 minə qədər dinc sakin qalmışdı. ABŞ koalisiyasının İŞİD-ə endirdiyi hava zərbələri nəticəsində Raqqada müntəzəm olaraq dinc sakinlər də həlak olur.

 

Lakin Suriya İnsan Haqları Müşahidə Qrupu (Londonda mənzillənib) bildirib ki, Raqqadan xarici ölkə vətəndaşları olan İŞİD terrorçularının çıxması barədə anlaşma əldə olunmayıb. Kürd dəstələrinin komandirlərinin bildirdiyinə görə həmin terrorçuların arasında Fransa, Rusiya, Azərbaycan, Türkiyə, İndoneziya və digər ölkələrdən olanlar var. Digər mənbələrə görə əsasən Özbəkistandan olan İŞİD-çilər Raqqanı tərk etməkdən imtina edirlər.
Milli.Az