backend

«20 minlik əmlakı 65 min manata satdıq» – Kərəm Həsənov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu il dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 50-dən artıq hərrac keçirib”.
Bu barədə komitə sədri “ASAN Radio”nun efirində bəyan edib.
Onun sözlərinə görə, bu hərraclara 1400-dən artıq dövlət əmlakı çıxarılıb və bunların 800-dən artığı özəlləşdirilib. Nəticədə dövlət büdcəsinə 100 milyon manata yaxın vəsait daxil olub.
K.Həsənov qeyd edib ki, bu hərraclarda böyük rəqabət var: “Bu yaxınlarda bir əmlak var idi. Onun ilkin satış qiyməti 20 min manat olsa da, 65 min manata satıldı. Həmin əmlaka 4 investor iddia edirdi”.
///Report