Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

13:24 | 16 Oktyabr, 2017

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstana səfəri başlayıb.
Nazir Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə əklil qoyaraq xatirəsini yad edib.
Səfər çərçivəsində Z. Həsənov bu gün gürcü həmkarı Levan İzoriya ilə görüşəcək.
Oktyabrın 17-də Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə birgə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
 
//APA