backend

Sabahdan bu yol bağlanacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabahdan etibarən Bakı şəhərinin Binəqədi-Mehdiabad avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Editor.az-a daxil olan məlumata görə, qeyd edilən yolda məhdudlaşdırma aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.
“Məhdudlaşdırma səhər saatlarından tətbiq ediləcək və bir neçə gün davam edəcək. Sürücülər alternativ olaraq Binəqədi-Novxanı və Binəqədi-Balaxanı avtomobil yollarından istifadə edə bilərlər”, – deyə cəmiyyətin məlumatında bildirilib.