backend

Generalın bacısı oğlundan prezidentə şikayət – Ramiz Zeynalovun Qaradağ postundan xəbəri varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Generalın bacısı oğlundan prezidentə şikayətDövlət Yol Polis Idaresinin Qaradağ postunda misli görünməmiş qanunsuzluq, özbaşınalıq hökm sürür
DYP nin rəisi Ramiz Zeynalovun bacısı oğlu Vüqar adlı şəxsin rəhbərlik etdiyi bu postda ölkənin heç bir yerində rast gəlinməyən polis reketliyi tüğyan edir. Bu barədə bir neçə nəfər yük maşını sürücüsü İstiqlal.az-a müraciət edib.
Onların dediyinə görə, hər ayın əvvəlində “Azəryol” idarəsinə hər maşın üçün 200-250 manat məbləğində pul ödəyirlər. Hətta buna görə onlara çek də verilir və deyilir ki, bu çek tərəzi yoxlamasından keçməmək üçündür. Həqiqətən də ölkənin heç bir yerində nə YPX, nə də nəqliyyat qurumları bu çeki almış sürücünü saxlamırlar. Bircə Qaradağ postundan başqa. Bu postun işçiləri xüsusi kobudluqla çek almış sürücüləri saxlatdırır, bildirirlər ki, bizim tanıdığımız bir rəhbər var o da R.Zeynaovdur, o çek bura da işləmir, zəhmət çəkin hər buradan keçəndə haqqımızı ödəyin. Sürücülərin dəfələrlə müvafiq qurumlara müraciət etmələri onlara olan təzyiqlərin daha da artmasına səbəb olub. Ona görə də onlar media vasitəsilə ölkə başçısına müraciət edərək xahiş edirlər ki, hörmətli prezident bu şəxslərin qarşısını alsın, zülmlə qazandıqları bir tikə çörəyin adamların ucbatından əllərindən alınmasına imkan verməsin.
//Palitika.Az