backend

Deputat: Ermənistan beynəlxalq təzyiqlər nəticəsində yenidən danışıqlar masasına qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hesab edirəm ki, Ermənistan yenidən beynəlxalq təzyiqlər nəticəsində danışıqlar masasına qayıtdı”.
Bunu Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Cenevrədə İsveçrə zirvə görüşünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan bundan əvvəl danışıqlarda iştirak etmirdi:
“Azərbaycan sülh istəyir. Lakin Ermənistan sülhə hazır deyil, hansısa ciddi addım atmayacaq. Zəruri məqamda Ermənistan bu prosesi pozacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşlə bağlı birgə bəyanatında qeyd olunur ki, görüş konstruktiv mühitdə keçib:
“Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.
//Trend