backend

Şagirdlər arasında baş verən qanlı davanın – TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıda orta məktəbdə baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
 
Hadisənin baş verdiyi Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbin direktoru Camal Əlirzayev açıqlamasında bildirib ki, hadisə saat 13:20 radələrində dərs prosesi başa çatandan sonra baş verib: “Dərslər saat 13-də bitir. Bu uşaqlar da əvvəlcədən aralarında olan mübahisəni davam etdirmək üçün məktəbin ətrafında görüşüblər. 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird də 8-ci sinifdə oxuyan dostu, Rahib Babayevi çağırıb. Dava-dalaş zamanı Samir Rahibi bıçaqlayıb”.
Məktəb direktoru bildirib ki, bıçaqlanma hadisəsindən sonra şagirdlərdən biri aptekə gedərək oradan dərman almaq istəyib: “Bizə aptekdən zəng etdilər ki, şagirdlərdən biri dərman almaq istəyib. Dərhal maraqlandıq və təcili tibbi yardıma müraciət etdik. Mənim təlim-tərbiyə üzrə müavinimin müşayəti ilə Rahib xəstəxanaya çatdırıldı”.
İlkin araşdırmalar zamanı məlum olub ki, şagirdlər arasında qanlı davaya səbəb olan mübahisə onlardan birinin məktəbin koridorunda qızlara yol verməməsi olub. Samir Fətullayev bunu həmin şagirdə irad tutub və mübahisə böyüyüb. Daha sonra mübahisəyə qoşulan Rahib isə Samir tərəfindən bıçaqlanıb.

///lent.az