backend

Ana iki oğlunu sobada bişirib, öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikada ana iki azyaşlı uşağının ölümündə təqsirkar bilinir.
Amerikanın Corciya ştatının Atlanta şəhərində yaşayan 24 yaşlı Lamora Uilyams adlı qadın 1 və 2 yaşlı oğullarını sobaya atıb, yandıraraq öldürməkdə günahlandırılır.
Qadın əri ilə görüntülü olaraq danışdığı zaman ona uşaqlarının öldüyünü deyib. Dəhşətə gələn kişi polisə xəbər verib.
Polislər hadisə yerinə gəldikdə qadın uşaqların başqası tərəfindən öldürüldüyünü söyləsə də, polislər ona inanmayıblar.
Qadın Ja’karter və Keyante Penn adlı oğullarının ölümündən sonra tutulub. Uşaqların cəsədləri araşdırılmaq üçün autopsiya mərkəzinə göndərilib.
Qadının rəfiqələrinin dediyinə görə, Lamora atasını itirdikdən sonra özünü qəribə aparıb və bir dəfə söhbət əsnasında uşaqlarına baxmaqdan boğaza yığıldığını söyləyib.
///Milli.Az