backend

Piyadanı vuran “AA” seriyalı maşının sahibi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub.
Editor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, avtomobilin sahibi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşovdur. Maşın rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.
Qeyd edək ki, adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov maşın həvəskarı olaraq bilinir.