backend

Ukrayna Ali Radasının qarşısında mitinq keçirənlər çadır qurmağa başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları orada çadır qurublar.
Etirazçılar tələbləri yerinə yetirilənə kimi parlamentin qarşısında qalmaq niyyətindədirlər. Deputat Mustafa Nayem öz “Facebook” səhifəsində yazıb ki, spiker Andrey Parubiylə görüşüb və Poroşenko Bloku ilə Xalq Cəbhəsi Partiyasının liderləri onların tələblərindən ikisini – toxunulmazlığın ləğvini və seçki qanunvericiliyinə dəyişiklik məsələsini oktyabrın 19-da gündəliyə salmağa razılaşıblar.
Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi və digər müxalif partiyaların tərəfdarları bu gün səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.
//APA