backend

Polşa prezidenti Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir. Bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.
“Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir”, – deyə A.Duda bildirib.
Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: “Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir”.
“Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir”, – deyə Polşa prezidenti qeyd edib.
//APA