backend

Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqı tamamilə anlayır ki, “dondurulmuş” Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xeyir gətirmir.
Bunu ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizinin işğalı Ermənistanın maraqlarına cavab vermir: “ATƏT-in Minsk qrupu erməni xalqının adından Moskva, Paris və Vaşinqtondakı siyasətçilərə müraciət edə bilər ki, əgər onlar Ermənistan hökumətinə təzyiq göstərsələr, bu yalnız erməni xalqının xeyrinə olar”.
O qeyd edib ki, Minsk qrupu Ermənistan tərəfinə Azərbaycanla sülh əldə olunacağı təqdirdə bunun uzunmüddətli üstünlüklərini nümayiş etdirməlidir: “Azərbaycan ərazilərinin işğalını dayandırmaqla, erməni xalqı qonşu ölkə ilə ticarətdən xeyir görəcək. ATƏT-in Minsk qrupu münaqişə sonrası iqtisadi artım yolunu göstərəcək bir plan hazırlamalıdır”.
//Trend