backend

“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” – Qız qaçıran evli kişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.
O,sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb:
“9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedəj ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.
Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma qarşı tərəfin görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir.
O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb qolunu kəsirdi. Sizcə bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O buna layiqiydi”.
O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: “Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”.

///BakuPost.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!