Prezident İlham Əliyev H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilsin”.
///Azərtac