backend

Kataloniyadan İspaniyaya təhdid: "Yoxsa müstəqilliyimizi elan edərik"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib.
Məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.
Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.
// Trend