backend

"Biz özümüzü gec-tez göstərməliydik" – Şehiç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının qrup mərhələsində dünən “Atletiko” ilə keçirilən oyundan (0:0) sonra müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Bu gün Çempionar Liqasının qrup mərhələsində ilk xalınızı qazandınız…
– Bu heç-heçə Azərbaycan futbolunda gələcəyə doğru atılmış növbəti addımdır. Çox xoşbəxtəm.
– Oyunla bağlı nə deyə bilərsən?
– Əvvəlki matçlarla müayisədə bu gün çox yaxşı mübarizə apardıq. İlk oyunda “Çelsi”yə böyükhesablı məğlubiyyət “Roma” ilə görüşümüzə də da təsir etmişdi. Bu gün isə biz göstərdik ki, Çempionlar Liqasının qrupuna təsadüfən düşməmişik, biz də futbol oynamağı bacarırıq.
– Qələbə qazana bilmədiyiniz üçün üzülürsən? Hər halda bunun üçün yaxşı imkanlarınız oldu.
– Biz onsuz da özümüzü gec-tez göstərməliydik. Bizim üçün turnir cədvəlində “Qarabağ”ın qarşısında 0 xalın olmaması vacibdir. Bəli, qələbə şansımız oldu, ancaq əsas odur ki, uduzmadıq.
– Oyun ərzində bir neçə dəfə komandanı qoldan xilas etdin. Sonda bir epizodda səhvə yol verdin ki, bu da qolla nəticələnə bilərdi.
– Səhv oyunun bir hissəsidir. Yaxşısı budur ki, qazandığımız xala sevinək.
///qol.az