backend

AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurub. Belə ki, Azərbaycanın mülki hava daşıyıcısı bu gün АzTA İdarə Heyətinin üzvü olub.
Sazişi “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnisindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AzTA-nın sədri Nahid Bağırov imzalayıblar.
Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir – indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub.
AZAL assosiasiyaya üzv olmaqla yanaşı, AzTA-nın İdarə Heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.
AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçılarının – turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, hotellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.
Aviaşirkətin Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin tərkibinə daxil olması və assosiasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyulan məqsədlərdən birinə nail olmaq deməkdir.
Bundan sonra turizm sənayesinin üç əsas арarıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olасаq.
//Editor.az