backend

"Qarabağ"dan "Sabah" qəzetinə sərt cavab: "Belə səviyyəsiz…"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Sabah” qəzetində dərc olunan köşə yazısına sərt reaksiya verib.
Editor.az qafqazinfo-ya istinadən xəbər  verir ki, o sosial şəbəkədə bildirib ki, ən böyük  fağırlıq Azərbaycan və Qarabağın uğurlarına dəstək olmamaqdır:
“Əgər mənəviyyatdan xəbəriniz olsaydı, belə səviyyəsiz köşə yazıb özünü gülünc vəziyyətə salmazdınız. Bir türk qəzeti olaraq Qarabağ həqiqətlərini Avropaya və dünyaya başa salsanız, o zaman “ezik” olmaqdan qurtula bilərsiniz. Tərtəmiz qəlblərlə və əllərlə yazılmış “Qarabağ” adı bizim üçün müqəddəsdir. O hərfləri yazan təmiz əllər var olsun”.